
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) İştirakçıları Konfransının 29-cu sessiyası bu il Azərbaycanda keçiriləcək. Bakının bu rolu seçməsi ekoloji və peşəkar dairələrdə böyük etirazlara səbəb olub.
Narahatlıqlar ilin əsas iqlim konfransına ev sahibliyi edən Azərbaycanın ÜDM-nin 40 faizinin və ixracının 90 faizindən çoxunun neft-qaz sənayesinin payına düşməsi ilə bağlıdır. Bundan başqa, Bakı bəyan edib ki, yaxın 10 ildə neft və qaz hasilatının həcmini 33 faiz artıracaq.
Lakin Azərbaycanın ev sahibliyi ilə bağlı qalmaqal bununla məhdudlaşmır. Bir neçə gün öncə məlum olub ki, konfransın prezidenti vəzifəsinə Azərbaycanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Muxtar Babayevin seçilib. O, siyasi karyerasından əvvəl 26 il SOCAR-da çalışıb, hətta şirkətin vitse-prezidenti olub.
Avtoritar Azərbaycanda təbiətə ən böyük ziyan vuran şirkətin keçmiş vitse-prezidentinin ətraf mühitin mühafizəsi naziri təyin olunması bizim üçün o qədər də yeni bir şey olmasa də, onun COP29-un prezidenti seçilməsi dünya qəzetlərinin səhifələrindədir.
Associated Press xatırladıb ki, COP29-un prezidenti 200 ölkənin nümayəndələri arasında danışıqların təşkilinə və qlobal istiləşmənin qarşısını almaq üçün qərarların qəbulunun təşkilinə cavabdehdir. Neft-qaz sənayesi ilə sıx əlaqələri olan Babayevin üzərinə düşən vəzifəni necə yerinə yetirəcəyi təbii ki, bəlli deyil.
“The Guardian” da yazıb ki, neft-qaz sənayesinə arxalanan Azərbaycanın ətraf mühitin mühafizəsi naziri ermənilər tərəfindən Dağlıq Qarabağın “təbiətinin məhv edilməsi” barədə bəyanatları ilə tanınır.
BBC mənbələri isə bildiriblər ki, COP29 nisbətən aşağı səviyyəli tədbir olacaq və əsasən yeni, uzunmüddətli maliyyələşdirmə məqsədini razılaşdırmağa yönəlib. Qəzetin həmsöhbətlərindən biri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının iştirakçılarını müdaxilə etməyə və təbiəti əsasən çirkləndirən ölkələri iqlim danışıqlarından kənarlaşdırmağa çağırıb.
Qeyd edək ki, özünün və qonşu dövlətlərin ekosisteminə amansızcasına ziyan vuran, ölkənin sənaye fəaliyyətinə qarşı davamlı etirazlar olan, qızıl mədəninin tullantıları anbarının tikintisinə etiraz olaraq bütöv bir kəndi blokadaya alan və etiraz aksiyalarını kobudcasına dağıdan Azərbaycan ölkədə artan etiraz dalğası ilə birlikdə daha əsassız ittihamlarla illərdir Artsax və Ermənistanın iqtisadiyyatlarını hədəfə almaqda davam edir.







