BaşlıcaSiyasət

Paşinyan: “Ermənistanla Azərbaycan arasında birbaşa təmaslar az-çox aktivdir”

Ermənistanla Azərbaycan arasında birbaşa təmaslar az-çox aktivdir

Alınan məlumata görə, bunu Ermənistanın baş naziri Nikle Paşinyan “KP” partiyasının təşəbbüs qrupunun iclasında Ermənistan-Azərbaycan sülh prosesinin təfərrüatlarını təqdim edərkən deyib.

“Bu müddət ərzində vasitəçilik və birbaşa təmaslarda müxtəlif epizodlar olub. İndi faktiki olaraq Ermənistanla Azərbaycan arasında birbaşa təmaslar az-çox aktivdir. Əsasən işləmək üçün işlək kanallar mövcuddur, xüsusən də mənim mənim iş heyətimdə və Azərbaycan prezidentinin aparatında” –  deyə Baş nazir bildirib.

Həmin kanallar vasitəsilə dekabrın 7-də birgə bəyanat qəbul edilib və nəticədə Azərbaycandan Ermənistana 32 əsir qayıdıb.

“İş mövzusu sülh sazişinin mətni üzərindəki işdir-deyərək Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, Ermənistan və Azərbaycan sülh müqaviləsinin mətni üzərində işləyir və onu bir-birinin ardınca bir-birinə göndərirlər.

Daha çox göstər
Back to top button