
Jurnalist araşdırmaları göstərdi ki, Azərbaycanın hakim ailəsinə bağlı banklar illər boyu Mərkəzi bankdan və Dövlət İnkişaf Fondundan aşağı faizlə pul alıb, sonra isə onu xalqa bir neçə dəfə daha yüksək faizlələ əhaliyə verərək həddindən artıq gəlirlər qazanıblar.Prezident ailəsi və sahib olduqları banklar çiçəklənərkən onlarla başqa banklar iflas olunaraq bazardan yox oldular.
Artıq 20 ildir Azərbaycana rəhbərlik edən İlham Əliyev ailəsi bu ərəfədə iqtisadiyyatın bir sıra budaqlarında mədənçıxarma, enerji hasilatı və tikintidən tutmuş bank sektorunacan bir sıra iqtisadi sektorlarda sərvət toplayıb. Sonuncu, jurnalist araşdırmasına görə,sürətlə çiçəklənmə yaşayır.

Azərbaycan prezidenti ailəsi Heydər Əliyevin məzarını ziyarət edib, 2023-cü il, may
Əliyevlər ailəsi hazırda şəxsi fondlarda milyardlarla dollarlıq aktivləri idarə edir və ildən-ilə bazarda dominant mövqeyini daha da möhkəmləndirir.
Xüsusilə son onillikdə tam və ya qismən Əliyevin yaxın adamlarının nəzarətində olan banklar bazar payını üç dəfə artırıb, digərləri isə müflis olub. Lakin hökumət nümayəndələri bu məsələdən narahat deyil, Milli Məclis deputatı Aqil Abbas deyir ki, burada qəribə heç nə yoxdur.üzvü Aqil Abbas deyir ki, burada qeyri-adi heç nə yoxdur.
“Bank bankdır, nə fərqi var? Bazarda 10-dan artıq bamk var, kredit götürmək istəyən haradan istəyir qoy götürsün.Bizim bununla nə əlaqəmiz var?.Bizim burada nə əlaqəmiz var?”
Qeyd edək ki, jurnalist araşdırmaları halbuki isbat edir ki,Əliyevə bağlı banklar 2015-ci ildə Azərbaycan hökumətinin milli valyutanı devalvasiyaya başlaması ilə çiçəklənməyə başlayıb.
Hakimiyyətlər əmin ediblər ki, bu addım neftin qiymətinin aşağı düşməsi səbəbindən məcburi addımdır. Həmin vaxt mərkəzi bank manatı dollara nisbətdə təxminən üçdə bir dəyərdən saldı, sonra həmin ilin sonunda üzən məzənnəyə keçdi və bu da manatın bir gündə daha 50% ucuzlaşması ilə nəticələndi.
Və sadə azərbaycanlılar “Qara günün” itkilərini sayarkən, prezident Əliyevə yaxın banklar bu devalvasiya bahasına durmadan zənginləşirdi.
Beynəlxalq Jurnalistlər Konsorsiumu araşdırmanı sənədləşdirib ki, hələ 2016-cı ildə manatın kəskin devalvasiyasından bir neçə gün əvvəl Əliyevlərə məxsus banklar şübhəli və yüksək gəlirli sövdələşmələr edib və nəticədə onlara bir il ərzində ən azı 64 milyon dollar gəlir əldə edilib.
Jurnalistlər klana yaxın banklar valyutanın devalvasiyası ilə bağlı əvvəlcədən məlumatlandırıldığını və ona uyğun sərfəli qərarlar qəbul edilən araşdırmanı istisna etməyiblər. Faktlar sübut edir ki, bu dəstək sonrakı illərdə də bu dəfə Mərkəzi bank vasitəsilə Əliyevlərə bağlı banklara güzəştli kreditlər verib.
Bu sahə üzrə hüquqşünas Əkrəm Həsənov deyir: “Nəticədə kapitallarını artırıb, digərlərini üstələyiblər və bu gün də əzəmətləşməkdə davam edirlər,güclüdürlər”- deyə sahənin vəkili Əkrəm Həsənov qeyd edib.
.
“Niyə birinə verirsiniz, digərini vermirsiniz? Deyirlər ki, onlar nəhəng banklardır və heç kim soruşmur ki,bəs onlar necə nəhəngləşiblər. Avropada da Mərkəzi bank nəhəng şirkətlərə güzəştli kreditlər verir, lakin xaricdən fərqli olaraq, harada ki, həmin banklar xüsusi səyləriylə capital toplayırsa,burada Mərkəzi bankdan alınan güzəştli kreditlər hesabına nəhəngləşiblər”- deyərək vəkil qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev xanımı, Birinci vitse-prezident Mehriban Əliva ilə Botanika Bağında, iyul 2023-cü il
Əgər devalvasiyadan əvvəl, 2015-ci ildə Əliyevin ailəsinə və yaxınlarına məxsus 4 bankın: “Paşa Bank”, “Kapital”, “Xalq” və “Avrasiya”nın aktivləri 4 milyard manat idisə, 2022-ci ilin sonuna bu göstərici təxminən 5 dəfə artaraq 20 milyard manata çatır.
Üstəlik, bu işdə onlara nəinki yalnız Mərkəzi bankın güzəştli kreditləri deyil, həm də Dövlət İnkişaf Fondu kömək edib. Fond iş adamlarını dəstəkləmək üçün yaradılsa da, sadə sahibkarlar çox vaxt köməksiz qalırdılar.
Qərbi Azərbaycanın Şəmkir rayonunda ferması olan Şahin Nəcərov iddia edir ki, onu altı ay get-gələ salıblar sonda imtina ediblər.Nəhayət səbəbini də Bakıda daşınmayan əlakın olmalıdır ki, girov qoyasan, demişlər
“Biz o görüşlərdə bir neçə dəfə iştirak etdik, bütün lazımi sənədləri gətirdik, yenə qəbul etmədilər. Bizdən pul müqabilində mütləq Bakıda daşınmaz əmlakı girov qoymağımızı tələb edirlər.
“Belə çıxır ki, bu imkandan yalnız nəhəng iş adamları və paytaxt sakinləri istifadə edə bilər, sadə kəndlilərin isə bu güzəştli kreditlərdən istifadə etmək imkanı yoxdur” – deyə Nəcərov qeyd edib.
Təsərrüfatını genişləndirmək üçün məbləğ almağa çalışan Gelbola Məmmədov həmçinin aylar uzunu kənddən paytaxta gəlsə də, hələ də kredit almayıb:
“Avadanlıq almaq üçün kredit istəyirdim, biznesi genişləndirmək, mal-qara üçün yem almaq, daha çox təcrübə keçmək istəyirdik. İl yarımdır ki, çalışıram ki, bu məqsədlə güzəştli kredit götürüm, amma anladım ki, bu mənim kimilər üçün deyil heç bimirik də kimə verilir”.
Rəsmi rəqəmlərə görə, 2022-ci ilə qədər bu dövlət Fondundan verilən güzəştli kreditlərin yarıdan çoxu Əliyevə bağlı olan dörd banka gedib. Onlar, əslində, Fonddan pulun 1 faizini alıb, 5-7 faizini iş adamlarına paylayıblar.
Mərkəzi bankın hesabatına görə, təkcə 2022-ci ildə Əliyevə bağlı banklar ümumilikdə 285 milyon dollar gəlir əldə ediblər. Hökumətlə heç bir əlaqəsi olmayan onlarla başqa bank isə rəqabətə tab gətirə bilməyərək bağlanıbdır.

Azərbaycan Prezidentinin Ailəvi Şam Yeməyi, 2015-ci il
Məsələn, ötən ilin oktyabrında Bakıda 20 ildir fəaliyyət göstərən “Muğanbank” bağlanıb. Azərbaycan Mərkəzi bankı bankın öz kapitalında lazımi paya malik olmadığını iddia edərək, lisenziyasını ləğv edib. Təxminən yarım il əvvəl “Günay Bank” da eyni aqibəti yaşamışdır. Bankın rəhbəri Mahmud Məmmədov açıq elan edib: “Bəzi banklar 500-600 milyon manat kredit alır, Mərkəzi bank isə cəmi 1-2 milyon manat təklif edir”.
Rəsmi statistika göstərir ki, son 8 ildə Azərbaycanda 22 bank bağlanıb, başqa sözlə, bazarda fəaliyyət göstərən 45 bankın təxminən yarısı rəqabət apara bilməyib. Parlamentin İqtisadiyyat Komissiyasının keçmiş rəhbəri, hakim partiyanın üzvü Əli Əlirzayev jurnalistlə söhbətində bu dəyişiklikləri normal hesab edib.
“Şirkətlər inkişaf edən bazar iqtisadiyyatının dinamikasına uyğunlaşa bilməlidir. Nəyisə burada təhlil etməyə, ittiham etməyə ehtiyac yoxdur: bu, bazarın qanunudur. Rəqəmlərdən yapışıb iddia etmək olmaz ki, əgər bir vaxtda 45 bank olubsa, o qədər də olmalıdır” – deyə Əlirzayeviddia edib.

İlham və Mehriban Əliyev Formula 1 Azərbaycan Qran Prisini izləyirlər, aprel, 2023.
Azərbaycanın 5 ən nəhəng bankından 3-ü, “PAŞA bank”, “Kapital bank” və “Xalq bank” Əliyevin iki qızına və vitse-prezident təyin olunan birinci xanım Mehriban Əliyevanın doğmalarına məxsusdur.
Hər 3 bankın maliyyə hesabatlarında Leyla və Arzu Əliyevalar, eləcə də Mehriban Əliyevanın atası Arif Paşayevin adı var. Mehriban Əliyevanın əmisi oğlu Kamal Paşayevin də biznesdə payı var. Əliyevlərin nəzarətində olan 4-cü “Avrasiya” son sahiblərinin adlarını açıqlamasa da, jurnalist (Azadlıq) öyrənib ki, onun səhmlərinin 37,5 faizi həmin “Paşa” holdinqinə, 25 faizi isə Əliyevlərin offşor imperiyasıyla qarşılıqlı bağlılığı olan Əşrəf Kərimova aiddir. O,o vaxta qədər vergi sahəsində yüksək vəzifə tutmuşdur.
İllər öncə Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu Pandoranın sənədlərini araşdırarkən belə qənaətə gəlib ki, Əliyevin qohumları və onların Kərimov da daxil olmaqla şərikləri ofşor şirkətlər vasitəsilə İngiltərədə, əsasən Londonda 700 milyon dollara yaxın daşınmaz əmlak alıblar.
Bu araşdırmanı şərh edən İlham Əliyev İtaliyanın “La Repubblica” mətbusuna deyib: “Mən sənədləri oxumamışam, mənə məlumat verilib ki, hər şeyin bəlkə də 5 faizi doğrudur, qalanı yalandır”.
“Mən prezident olandan sonra bizneslə məşğul olmağı dayandırdım. Biz Azərbaycanda ailə dəyərlərinə üstünlük veririk, ona görə də işimi uşaqlara vermişəm. Onlar da səy göstərərək işləri davam etdirirlər, əsasən Azərbaycana sərmayə qoyurlar” – deyə Azərbaycan lideri əmin etməyə cəhd edib.

Yaxşı, bəs necə olur ki, Azərbaycanın prezident ailəsinin bankları çiçəklənib, onlarla başqa bank isə müflis olub?
Əliyev ailəsinin biznesinin necə çiçəklənməsi, digərlərinin isə müflis olması ilə bağlı açıqlama verməyib.
Azərbaycan Mərkəzi bankı həmçinin jurnalistin (Azadlıq) kreditlərin verilməsi prosesi və şərtləri ilə bağlı suallarını cavablandırmaqdan imtina edib.







