BaşlıcaMədəniyyət

Stepanakertdə Azərbaycan tərəfindən vandalizm halları

Azərbaycanın işğal olunmuş Artsaxda erməni tarixi və mədəni irsinin mənimsənilməsi və məhv edilməsi üzrə dövlət siyasəti hədsiz dərəcədə artmaqdadır.

Erməni Mədəniyyəti üzrə Ombudsman Hovik Avanesov bu dəfə Artsax Respublikasının paytaxtı Stepanakertdə vandalizm halları barədə xəbərdarlıq edir.

“Fevralın 4-də Azərbaycanın “REAL TV” kanalı “Youtube” platformasında işğal altında olan Stepanakert videosunu yayıb. Videonun ilkin tədqiqi göstərir ki, Artsax Respublikasının paytaxtı Stefanakert şəhərinin Hekimyan qəsəbəsində Surb Hakob kilsəsinin Xaçı, həmçinin həyətdəki Xaçkarı  götürülüb. Gələcəkdə başqa məlumatların yayılacağı təqdirdə əlavə açıqlama verəcəyik.

Məbədin təməli 2005-ci ilin sentyabrında qoyulmuş və tikinti işləri 2007-ci il mayın 6-dək təxminən 1,5 il davam etmişdir.

Fevralın 6-da “Facebook” istifadəçisi Mxitar Karapetyan bildirib ki, “Facebook” istifadəçisi Rafik Mehtiev öz səhifəsində işğal altında olan Stefanakertdən admiral İsakovun büstünün əks olunduğu daha bir video yerləşdirib.

M.Karapetyan əlavə edib ki, bu, MountainsOfKarabakh Telegram kanalında da dərc olunub. Müvafiq monitorinqdən məlum oldu ki, Rafik Mehtiyev sözügedən videonu yanvarın 30-da yayıb.

Həmin videoda Stepanakertin Admiral İsakov küçəsində yerləşən qəhrəmanın büstünün də Azərbaycanın dövlət səviyyəsində həyata keçirdiyi mədəni soyqırımın qurbanı olduğu aydın görünür.

2018-ci ildə Admiral İsakovun büstü onun adını daşıyan küçədə qoyulub. Büstün müəllifi heykəltəraş Albert Harutunyandır.

Artsax Mədəni İrsin Qorunması üzrə İctimai Şurasının, QHT-nin sədri Sergey Şahverdiani Stefanakertdə növbəti vandalizmlə bağlı həyəcan təbili çalıb və azərbaycanlılar tərəfindən dağıdılan Aleksandr Miasnikyanın heykəlinin fotolarını öz Facebook səhifəsində yerləşdirib.

Fevralın 9-da “Ararat” Telegram kanalı işğal altındakı Hadrutda baş verən növbəti sui-istifadəni əks etdirən foto yayımlayıb. Hadrutda, Artsaxın tarixi Dizakında işğalçı Surb Harutyun kilsəsini təhqir edib.Surb  Harutyun kilsəsinin həyətindəki rahiblərdən birinin məzar daşı həmçinin  təhqir olunub..

Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan Artsaxın tarixi və mədəni irsini dövlət səviyyəsində məhv ertməkdədir”.

Daha çox göstər
Back to top button