BaşlıcaSiyasət

ABŞ Ermənistanla Azərbaycan arasında son toqquşmalardan narahatdır

Dövlət Departamentinin sözçüsü Metyu Miller Vaşinqtonda keçirdiyi brifinqdə bildirib ki, çərşənbə axşamı ABŞ Ermənistan-Azərbaycan sərhədində hərbi toqquşmalar barədə məlumatlardan narahadır.

“Biz həlak olanların və yaralananların ailələrinə başsağlığı veririk. Gücdən istifadə danışıqlara xələl gətirir. Davamlı sülhə aparan yeganə yol danışıqlar masası arxasındadır”, – Miller deyib.

“Atəşkəs rejiminin hər hansı pozuntusu araşdırılmalı və lazımi şəkildə həll edilməlidir. Dövlət katibinin daim vurğuladığı kimi, ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir”, – Miller qeyd edib.

Daha çox göstər
Back to top button