
Erməni İnqilabi Daşnaktsutyun Bürosunun nümayəndəsi və Hay Datın mərkəzi şurasının sədri Hakob Ter-Xaçaturyan Fevralın 9-da Kanadanın Ermənistan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Endryu Tırner ilə görüşüb.
Ter-Xaçaturyan Kanada-Ermənistan münasibətlərinin inkişafına töhfə verəcək 2023-cü ildə Oktyabrında Yerevanda Kanadanın səfirliyinin açılması münasibətilə təbrik edib.
Erməni İnqilabi Daşnaktsutyunun ictimai əlaqələr üzrə ofisindən bildiriblər ki, görüş ərzində Erməni İnqilabi Daşnaktsutyun Bürosunun nümayəndəsi tərəfindən qaldırdığı əsas məsələlər Azərbaycanın soyqırımı aktları vasitəsilə Artsaxın etnik təmizlənməsi, Ermənistanla Azərbaycan arasında razılaşmanın ətrafında gedən danışıqlar, xüsusilə Azərbaycandan gələn təhdidlər, Ermənistan Respublikasının ərazisinə Azərbaycanın faktiki olaraq soxulması və işğalı və s. nəzərə alaraq Kanadadan olan gözləntilərə aiddir.
Kanada Hökümətinin Türkiyəyə hərbi texnalogiyaların ixracının qadağan edilməsi ilə bağlı son qərarı barədə da narahatlıqlar qaldırılıb. 2020-ci ildə Oktyabrın əvvəlində Ottava Türkiyəyə hərbi məhsulların, xüsusən də Türkiyənin pilotsuz təyyarələrində istifadə etdiyi, daha sonra Azərbaycana göndərilən və 2020-ci ildə 44 günlük müharibədə erməniləri hədəfə almaq üçün istifadə edilən optik avadanlıqların Türkiyəyə ixracına icazəni dayandırıb.
Səfir Tırner öz hökümətinin mövqeyini yenidən təsdiq edib ki, Artsax xalqının geri qayıtmaq hüququna hörmət edilməlidir və Kanada Ermənistanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir, bunu Ermənistan Hakimiyyətinin rəsmi xahişinə cavab olaraq AB-nin müşahidə missiyasında iştirak etmək qərarı sübut edir.
AB müşahidə missiyası Ermənistan-Azərbaycan sərhədinin erməni tərəfində 2022-ci ilin Oktyabrından Ermənistan və Azərbaycanın əhalisi və, mümkünsə, onların hakimiyyətləri arasında etimadı möhkəmləndirmək məqsədilə yerləşdirilib.
Bu ana qədər Kanada AB-nin mülki missiyasında yerdə iştirak edən yeganə AB üzvü olmayan ölkədir.
Kanadanın səfiri, həmçinin, kanadalı ixracatçılara yeni müdafiə ixracı üçün müraciətlərin təqdim edilən texnologiyanın üçüncü və ya NATO üzvü olmayan ölkələrə təkrar ixrac edilib-edilməyəcəyini və silahlanmaya daxil edilib-edilməyəcəyini bildirən sertifikatın Türkiyədən tələb olunduğu barədə xəbərdar edildiyini yenidən təsdiq edib.
Kanada daxili qanunvericiliyə və Silah ticarəti üzrə ümumdunya müqaviləsinə əsasən hərbi malların digər nəzərdə tutulmayan benefisiarlara ötürülməsinin qarşısını almaq, aşkar etmək və dayandırmaq öhdəliyinə malikdir.
90 dəqiqə davam edən görüş hər iki tərəfin gələcəkdə belə görüşlərin davam etməsi və imkan olarsa, Kanada-Ermənistan münasibətlərinin müxtalif sahələrdə möhkəmləndirməsinə dair qarşılıqlı faydalı təşəbbüslərlə əməkdalıq etməyi hazır olduqlarıyla yekunlaşıb.
Görüşdə Erməni İnqilabi Daşnaktsutyun Bürosunun üzvü və Hay Datın mərkəzi ofisinin məsulu Kiro Manoyan və Kanada səfirliyinin siyasi məsləhətçisi Aharon Koun iştirak ediblər.







