Qardman-Şirvan-Naxicevan Ümumaməni Birliyi Azərbaycanın hüquq müdafiəçisinin Ermənistana qarşı ittihamlarına münasibət bildirərək bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, Azərbaycanın hüquq müdafiəçisi Səbinə Əliyeva öz funksiyalarının yerinə fəaliyyətinə uyğun olaraq yenə də Ermənistana qarşı ittihamlar səsləndirib.
“Bu yaxınlarda Azərbaycanın Ombudsmanı bütün tarixi Qardmanı, Şirvanı, Naxçıvanı boşaldan, bir neçə gün ərzində Dağlıq Qarabağın bütün əhalisini etnik təmizləməyə məruz qoyan bir ölkə adından dünyada qaçqınların sayının artması ilə bağlı gülünc “narahatlıq” ifadə edib. Bu, Azərbaycanın seçiciliyinin, siyasi ikiüzlülüyünün növbəti alçaq ifadəsidir.
Məsələn, beynəlxalq hüququn tərkib hissəsi olan “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə Konvensiyasından sitat gətirəndə Azərbaycanın Ombudsmanı müharibə zamanı mülki insanlara işgəncə verən cinayətkarların Azərbaycanda necə sərbəst gəzməsi ilə bağlı suala niyə cavab vermir? və izzətlənirlər?”
Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyadan sitat gətirərkən Azərbaycanın Ombudsmanl Konvensiyanın müddəaları ilə Azərbaycanın 1988-ci ildə Sumqayitdə, 1990-cı ildə Bakıda, 1992-ci ildə Marağada və başqa yerlərdə törətdiyi tədbirlər arasında güclü oxşarlıq tapmırmı? O, Dağlıq Qarabağın 10 aylıq qeyri-qanuni blokadası və qeydə alınmış aclıq ölümlərinin soyqırım reallıqlara tam uyğun gəldiyi qənaətinə gələ bilmirmi?
Və “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza”, “İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması”, “Uşaq hüquqları” konvensiyaları və “Mülki və siyasi hüquqlar”, “İqtisadi, sosial və mədəni hüquqlar” beynəlxalq sazişlərə toxunması hər hansı bir məntiqdən kənardır.
Azərbaycanda işgəncə və qeyri-insani rəftara görə insanlar qəhrəmanlaşır. 2023-cü ildə 30 mindən çox uşaq 10 ay ərzində lazımi həyat şəraitindən məhrum edilmiş, 30 min uşaq daim qorxu və həyat təhlükəsi ilə müşayiət olunmaqla məcburi köçkünə çevrilmişdir. 1988-1992-ci ildə tarixi Qardman, Şirvan, Naxçıvan erməniləri yenə də irqi və dini ayrı-seçkilik zəminində məcburi köçkünə məruz qalmışlar. Onların mədəni irsi davamlı olaraq dağıdılmış.
Bu proses hazırda Dağlıq Qarabağ ərazisində erməni mənəvi-mədəni və milli irsinə münasibətdə həm kilsələrin və müqəddəs yerlərin təhqir edilməsi, həm də milli simvolların məhv edilməsi ilə keçirilir.
Qardman-Şirvan-Naxıcevan Ümumaməni Birliyi Azərbaycan Ombudsmanın balanssız bəyanatlarını pisləyir. Baş verən hər şeyi inkar etmək, olmayanları haqqında da danışamq – bu, Azərbaycan məhiyyətinə tam aiddir”.