
Rusiya XİN bəyan edib ki, “Biz ikitərəfli kanallar vasitəsilə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsində iştirakının dondurulması və təşkilatın özü ilə bağlı elanların arxasında nəyin dayandığı barədə hərtərəfli izahat gözləyirik”. Ukrayna prezidentinin mümkün səfəri ilə bağlı məlumat da gərginliyi daha da artırıb. Rəsmi olaraq təsdiqlənməsə də, ekspert dairələrində fəal müzakirə olunur.
Nikol Paşinyanın “France 24”-ə müsahibəsindən sonra KTMT-Ermənistan münasibətləri gərginliyin yeni mərhələsinə keçib.
KTMT Nizamnaməsinə dövlətin üzvlüyünü “dondurmaq” üçün de-yure hüquqi alət yoxdur. Məhz buna görə də çoxları Ermənistanın baş nazirinin nəyi nəzərdə tutduğunu başa düşmürlər. Moskva hələ də Yerevandan açıqlamalar gözləyir, rəsmi Yerevan bir neçə gündür ki, bu məsələ ilə bağlı susur, Ermənistanın parlament deputatları isə baş nazirin bəyanatını fərqli şəkildə şərh edir.
Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının üzvü Gurgen Melkonyan qeyd edit ki, Ermənistan KTMT-dən hələ çıxmayıb.
“Müharibə olsa, ölkəmiz, ərazilərimiz üçün döyüşəcəyik. Bunun üçün silahlar lazımdır ki, biz artıq əldə edirik”.
KTMT-də də dəqiqləşdirmələrə ehtiyac görürlər. Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, baş nazir Paşinyanın bəyanatları ilə bağlı Yerevandan heç bir rəsmi bildiriş olmayıb.
Ermənistanın KTMT-dən narazılığı 2021-22-ci illərdə Azərbaycanın təcavüzündən sonra pik həddə çatıb. Bu təcavüzlərdən sonra Ermənistanın suveren ərazisinin mühüm hissələri işğal olunub, KTMT Ermənistanın tələblərinə zidd olaraq buna lazımi siyasi qiymət verməyib və strateji müttəfiqlik prinsiplərinə uyğun olaraq hərəkət etməyib.
“Qafqaz” İnstitutunun direktoru, politoloq Aleksandr İksandaryanın fikrincə, Ermənistanın KTMT ilə münasibətləri strukturda mövcud böhrandan xəbər verir.
“Mən bunu təşkilatdan faktiki olaraq çıxma prosesi kimi yox, ola da bilər, olmaya da bilər, Ermənistanla Rusiya arasında struktur çərçivəsində qarşılıqlı əməkdaşlığın olmaması kimi şərh edərdim. Mübahisə struktur daxilində həmişə olub. Rusiyanın Azərbaycana silah satmasını, digər dövlət başçılarının ziddiyyətli bəyanatlarını, hərəkətlərini unutmayaq. Əvvəllər bütün bunlar az-çox bağlı qapılar arxasında, bürokratik mühitdə edilirdi. İndi həm Rusiyada, həm də Ermənistanda hər şey başqa cür gedir”.
Politoloqhesab edir ki, Qarabağ və Ukrayna müharibələrindən əvvəl struktur üçün hazırlanmış təhlükəsizlik mexanizmləri artıq zəif işləyir. Politoloq Vigen Hakopyan isə iddia edir ki, Ermənistan kəskin addımlar atmaqla müdafiə resurslarını süni şəkildə azaldır.
“Fakt budur ki, istənilən halda müəyyən məyusluq var. Eyni zamanda, alternativin olmadığını görürük. Qərb tərəfindən sadəcə deklarativ bəyanatlar, təminatlar və həqiqətən çox simvolik addımlardan başqa heç nə baş verməyib”.
“Respublika” partiyasının rəhbəri, keçmiş baş nazir Aram Sargssyan deyir ki, erməni tərəfi gündən-günə artan eskalasiya şəraitində Münhenə gedib. Münhenin bir çox ciddi inkişafın qarşısını aldığı dəqiqdir. Müzakirələrin mərkəzində Ukrayna olsa da, bütün bunların Ermənistana da güzgü təsiri var.
“Əslində belə konfranslarda fərdlər deyil, hadisələr qiymətləndirilir. Və olan belədir: müasir dünyada ölkənin suveren, tanınmış ərazisini işğal olunmamalıdır. Azərbaycan isə öz qrupu ilə iştirak edirdi. İlham Əliyev isə bütün bunları eşitdi ki, suveren ərazini işğal edə bilməz, onlar (Avropa ictimaiyyəti-red.) buna dözməyəcəklər”.
KTMT ilə fikir ayrılıqları fonunda Ukrayna prezidentinin Ermənistana mümkün səfəri da müzakirələr mövzusuna çevrilib. Yayılan məlumata görə, Zelenski martın əvvəlində Yerevan və Bakıya gələ bilər.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ani Badalyan bildirib ki, nazirlik yüksək səviyyəli səfərlər barədə ictimaiyyəti vaxtında məlumatlandırır.







