BaşlıcaSiyasət

Ermənistan və Fransa uzunmüddətli əməkdaşlıq qurur: Fransa səfiri

Fransa Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü pozmasından narahatdır. Fransanın Ermənistanla müdafiə sahəsində əməkdaşlığı, Fransanın Ermənistana verdiyi vəsait Ermənistanın müdafiəsinə yönəlib.

Bu barədə Fransa səfiri Olivye Dıkoti “Armenpress” müsahibəsində bildirdi.

Fransa-Ermənistan münasibətlərində olan son inkişaflara toxunan səfir qeyd edib ki, bu, əslində təkcə müdafiə tərəfdaşlığı deyil.

“Son 2-3 həftədə Münhendə iki ölkənin xarici işlər nazirlərinin görüşü oldu, Ermənistanın baş naziri cənab Paşinyan Parisdə oldu və Milli Panteonda Müqavimət Hərəkatının tanınmış üzvü Misak Manuşyanın dəfn mərasimində iştirak etdi. Prezident və baş nazir də görüşüblər.

Təbii ki, Fransa Silahlı Qüvvələri nazirinin Ermənistana səfəri əlamətdar səfər idi, bu, Fransa Silahlı Qüvvələrinin naziri və həmçinin NATO üzvü olan bir ölkənin naziri üçün ilk səfər idi, kifayət qədər əlamətdardır.

32 ildir Ermənistanla diplomatik əlaqələrimiz var, müstəqil Ermənistanla diplomatik əlaqələr 1992-ci il fevralın 24-də qurulub, lakin heç vaxt bu qədər dolğun və etibarlı olmayıb. Bəli, biz uzunmüddətli əməkdaşlıq, o cümlədən müdafiə sahəsində əməkdaşlıq qururuq. Söhbət təkcə hərbi təchizatlardan getmir, bu, əlbəttə ki, vacibdir, həm də yenidən hazırlama kurslarınsan gedir.

İki ölkənin iki hərbi akademiyası arasında, məsələn, Fransa Silahlı Qüvvələri nazirinin səfəri zamanı imzalanmış saziş olduqda, əlbəttə ki, uzunmüddətli tərəfdaşlıq qurursunuz”,- səfir vurğuladı.

Daha çox göstər
Back to top button