
Bütün icmaların mədəni irsi beynəlxalq hüquqa uyğun olaraq səmərəli şəkildə qorunmalıdır. Bunu “Armenpress”in Brüssel müxbirinə Aİ-nin xarici əlaqələr üzrə baş sözçüsü Peter Stano deyib.
Avropa İttifaqının sözçüsü 1988-ci ildə münaqişə başlayandan bəri həm Ermənistanda, həm də Azərbaycanda ibadət yerləri və mədəni və dini irs nümunələrinin dağıdılması və ya zədələnməsindən təəssüfləndiyini bildirib və ölkələri bütün icmaların mədəni irsini daha yaxşı qorumaq və onlara hörmət etmək üçün tədbirlər görməyə çağırıb.
“Azərbaycanda mədəni və dini yerlərdən obyektlərin götürülməsi ilə bağlı son xəbərlər narahatlıq doğurur və qarşılıqlı etimadın inkişafına xələl gətirə bilər”, – Peter Stano bildirib.







