Başlıcaİctimaiyyət
“Ermənistanda fransız dilinin təşviqi” pilot layihəsi başlayır

Ermənistan Respublikasının Təhsil, elm, mədəniyyət və idman nazirliyi Frnasanın ER-dakı səfirliyi ilə birlikdə “Ermənistanda fransız dilinin təşviqi” pilot layihəsinə başlayır.
Layihənin məqsədi fransız dilinin öyrənilməsi və çoxdillilik lehinə ER-nın dövlət təhsil müəssisələrinin təhsil siyasətini dəstəkləmək, həmçinin fransız dili üzrə xarici dil müəllimlərinin təlimçiləri milli şəbəkəsini yaratmaqdır.
2024-2025-ci illər ərzində seçilmiş iştirakçılar France Education İnternational (FEI) tərəfindən koordinasiya olunmuş və ümumi müddəti 225 saat olan kurslarda iştirak edəcək və təlimin təsdiqindən sonra Təhsil, elm, mədəniyyət və idman nazirliyi tərəfindən rəsmi olaraq tanınan təlimçilərə çevriləcəklər.







