
Azərbaycanın “Kanal 13” internet mediasının həbsdə olan jurnalisti Şamo Eminov intihara cəhd edib. Vəkili Elçin Sadıqovun sözlərinə görə, bu haqda martın 29-da məhkəmədə Şamo Eminov özü məlumat verib.
Sonuncu isə Bakıdakı təcridxanadadır. Onun sözlərinə görə, təcridxanada dəfələrlə təhdid və təhqirlərə məruz qalıb. Növbəti belə hadisədən sonra Eminov şüşə parçası ilə əllərini kəsib. “Onun sözlərinə görə, o, təhqirə dözə bilməyib və intihara cəhd edib”- bu haqda vəkil Elçin Sadıqov yerli mətbuata bildirib.
Şamo Eminov səhhətindəki problemlərdən də danışıb. Jurnalistin həyat yoldaşı Dürdanə Eminova da deyir ki, ərinin mədə və qaraciyərində ciddi problemlər var. Dürdanə Eminova ərinin cəzaçəkmə müəssisəsinə köçürülməsi xahişi ilə əlaqədar qurumlara müraciət edib.
Xatırladırıq ki, Şamo İmanov 2023-cü il dekabrın 22-də həbs edilib. Məhkəmə onu qaçaqmalçılıq ittihamı ilə üç ay müddətinə həbs edib. İmanov özünü təqsirli bilmir. Martın 19-da Şamo Eminovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.
Onun vəkili Səbail Rayon Məhkəməsinin bu qərarından Apellyasiya şikayəti verib, martın 29-da Bakı Apellyasiya məhkəməsi apellyasiya şikayətinə baxaraq qərarı eyniylə saxlayıb.
Son aylar Azərbaycanda müxtəlif KİV-ləri təmsil edən 2-yə yaxın jurnalist qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Abzas Media, Toplum TV-nin idarələrində və bəzi jurnalistlərin mənzillərində axtarış aparılıb.
Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini repressiyaları dayandırmağa və jurnalistləri azad etməyə çağırır.
Mətn factor.am-ə məxsusdur.







