BaşlıcaSiyasətTəhlil

Brüsseldə keçirilən üçtərəfli görüş müstəqil Ermənistanın bütün tarixində misilsiz idi: Ekspert

Müstəqil Ermənistanın bütün tarixində kollektiv Qərblə əməkdaşlıq nöqteyi-nəzərindən misli görünməmiş və həyata keçirilməsi ilk növbədə geosiyasi reallıqlar və dövlət siyasəti nəticəsində mümkün olan Brüssel formatını vurğulamaq və dəyərləndirmək lazımdır. 

Bunu ekspert Armen Petrosyan bildirdi. 

O qeyd edib ki, bu yeni format və aparılan danışıqlarla əməkdaşlığın yeni mərhələsi başlandı.

“Onun inkişafı üçün hələ çox böyük işlər görülməlidir və bu kontekstdə üçtərəfli sənəddə ifadə olunmuş razılaşmaları həyata keçirmək, əməkdaşlığın göstərilən istiqamətlərini dərinləşdirmək və yeni sahələri əhatə etmək üçün Ermənistan təşəbbüs göstərməlidir”.

Onun sözlərinə görə, əldə olunan razılaşmalar, təbii ki, maksimum realizm çərçivəsindədir, lakin təbii ki, Ermənistan üçün daha səmərəli ola bilər, çünki bu, prosesin son nöqtəsi deyil, başlanğıcıdır.

“Xüsusən, iqtisadi dəstək maliyyə və sektor baxımından sənəddə qeyd olunduğundan daha əhatəli olmalıdır. Biz çalışmalıyıq ki, ABŞ və Aİ ölkəmizi iqtisadi siyasətin diversifikasiysı baxımından daha böyük həcmdə dəstəkləsin. 

Rusiya Federasiyasından gözlənilən müəyyən əks-tədbirlər ola bilər, çünki Qərblə əməkdaşlığımız geosiyasi gərginlik, bir sıra regional və regiondankənar oyunçuların, Türkiyə, Rusiya və Azərbaycanın reaksiyası fonunda baş verir. Brüsseldəki görüş, hətta ondan sonra da bu haqda danışır.

Qərb istiqamətində münasibətlərin inkişafı baxımından daha rahat olmağımız üçün iqtisadi müstəvidə daha çox manevr imkanlarımız olmalıdır”, – Armen Petrosyan bildirdi.

Onun sözlərinə görə, bu, ilk növbədə, mühüm maliyyə dəstəyini, ikincisi, Aİ və ona daxil olan ayrı-ayrı ölkələrdən erməni biznesi üçün daha real iqtisadi, güzəştli şərtləri nəzərdə tutur. İnfrastruktur və logistikanı vurğulamaq lazımdır, erməni istehsalçı və ixracatçı Rusiya bazarı üçün asanlıqla alternativlər axtarıb tapsın, sonra isə Qərb bazarlarına gedən yollar asan olsun.

“Növbəti humanitar sahə, Artsax ermənilərinə verilən dəstəkdir. Bu istiqamətdə Qərb daha çox dəstək verə bilər. Artsax erməniləri xalqımızın ən mühüm hissəsidir, soydaşlarımız öz statuslarına görə məcburi köçkün və qaçqın vəziyyətindədirlər, ona görə də beynəlxalq ictimaiyyət də onları dəstəkləyir”. 

Analitik qeyd edir ki, Ermənistana verilən siyasi dəstək özlüyündə çox önəmlidir, lakin onun da təbəqələri olmalıdır ki, bu da ölkəmizə təhlükəsizlik səviyyəsində müəyyən təminatların verilməsi məntiqinin tərkib hissəsi kimi qəbul ediləcək, çünki proses bütün region üçün həssasdır. Onun sözlərinə görə, Ermənistanın yolu kifayət qədər çətindir və gələcəkdə də belə olacaq, Türkiyənin mövqeyi, Azərbaycanın siyasəti və Rusiyanın siyasəti qarşısında ciddi problem və maneələrlə üzləşəcəyik.

Müəyyən mərhələdə İrandan mümkün ehtiyatlar da istisna edilmir. Erçəni tərəfi bütün səviyyələrdə Tehranı əmin edir ki, Qərblə əməkdaşlıq heç bir halda Ermənistan-İran münasibətlərinə zidd deyil.

“Bu formatın daha effektiv olması, Ermənistanın Qərbə yönəlmiş siyasətinin daha aktiv və cəsarətli olması üçün proses ölkəmiz üçün az çətonliklərlə olmalıdır. Bunun üçün Qərbdən daha çox dəstəyə ehtiyacımız var”, – analitik bildirib.

O qetd edib ki, bu inkişalar fonunda sərhəddə gərginlik var. 

“Yəni nəzərə almalıyıq ki, Ermənistanın qərb istiqamətində əldə etdiyi uğurların həm də Əliyev rejiminin apardığı yanlış siyasətin nəticəsi olduğunu anlayan Azərbaycandan ciddi müqavimət var. O, vəziyyətdən çıxış yolu ilə ER-Aİ-ABŞ üçtərəfli əməkdaşlığını pozmağa və ya ən azından əngəlləməyə çalışacaq, ümumi tarazlığı qorumaq üçün Qərbdən də Azərbaycan istiqamətində müəyyən balanslaşdırıcı addımlar tələb edəcək. Bu məsələdə Bakının Ankaranın qeyd-şərtsiz dəstəyi  var”, – Petrosyan vurğulayıb.

Rusiya faktoruna toxunan Petrosyan qeyd edib ki, Rusiya Qərbin regionda fəallaşma motivasiyasını çox yaxşı başa düşür. 

O istisna etməyib ki, Azərbaycan Rusiya və Türkiyə ilə yeni müqavilələr imzalamaqla Ermənistandan yeni əraziləri almaq üçün hərbi təcavüzə əl ata və yeni imkanlardan istifadə edə bilər. 

“Biz belə bir ssenarinin aradan qaldırılmasına hazır olmalıyıq”.

Daha çox göstər
Back to top button