BaşlıcaSiyasət

Yerevan-Bakı münasibətlərində baş vasitəçi ola bilmərik: Xaindrava

Gürcüstan Ermənistan və Azərbaycan arasında baş vasitəçiyə çevrilmək üçün kifayət qədər siyasi resurslara malik deyil, lakin Tbilisi texniki baxımdan müəyyən əlaqələr yaratmaq  üçün vasitəçi ola bilər. Bu barədə Gürcüstan Parlamentinin keçmiş deputatı, siyasətçi İvlian Xaindrava “Ermənistan-Gürcüstan strateji tərəfdaşlıq: konsepsiyadan realığa” ekspert konfransında çıxış edərkən bildirib.

O hesab edir ki, həm Ermənistan, həm də Azərbaycanla qonşuluq münasibətlərinin saxlanması Gürcüstanın bütün müstəqillik dövründə xarici siyasətinin əsas nailiyyətidir. Xaindrava vurğulayıb ki, Yerevan bütün bu vaxt Gürcüstan-Azərbaycan layihələrinə, Bakı isə Ermənistan-Gürcüstan layihələrinə şübhə ilə baxırdı.

“Gürcüstan texniki baxımdan əlaqələrin qurulmasında vasitəçi ola bilər və var. Buna hazırlıq var və müəyyən addımlar atılıb” – deyə Xaindrava bildirib.

Bununla bağlı o, Gürcüstanın vasitəçiliyi ilə həyata keçirilən minalanmış ərazilərin xəritələri ilə əsirlərin mübadiləsini xatırladıb.

Eyni zamanda, onun fikrincə, regionu coğrafi konsepsiyadan geosiyasi və geoiqtisadi konsepsiyaya çevirmək üçün Cənubi Qafqaz ölkələrinin birləşməsinin vaxtı çatıb.

Onun sözlərinə görə, Ermənistan və Gürcüstan ayrı-ayrılıqda böyük biznes, layihələr və investorlar üçün cəlbedici deyil.

“İqtisadi və siyasi maraqların başqaları üçün maraqlı və faydalı oalcaq formatlarını axtarmaq və tapmaq lazımdır”  – deyə Xaindrava bildirib.

Bu baxımdan o, Ermənistanın Hindistanla əlaqələri genişləndirdiyini vurğulayıb. Xaindrava hesab edir ki, Gürcüstanın AB və Çinlə azad ticarət rejiminə malik olması Ermənistan və Azərbaycan üçün də potensial faydadır.

Daha çox göstər
Back to top button