BaşlıcaSiyasət

BQXK əməkdaşları DQR keçmiş rəhbərlərinə baş çəkib

Aprel ayında BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş cəkiblər.

Bunu APA-nın sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Məlumata görə, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.

Xatırladaq ki, DQR-in keçmiş prezidentləri Arkadi Qukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, keçmiş xarici işlər naziri Davit Babayan, parlamentin sədri Davit İşxanyan, keçmiş müdafiə naziri Levon Mnatsakanyan, general Davit Manukyan, keçmiş dövlət naziri Ruben Vardanyan Azərbaycanda əsirlikdədir.

Daha çox göstər
Back to top button