BaşlıcaSiyasət

Gürcüstanda xarici agentlər qanunu ilə əlaqədar etiraz aksiyaları davam edir

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının “xarici agentlər” qanununu yenidən patlamentə təqdim etməsi ilə əlaqədar keçirilən etiraz aksiyaları davam edir.

Ölkə parlamentində bu gündən etibarən sözügedən qanun layihəsinin nəzərdən keçirilməsinə başlanılır. Bu dəfə “Xarici təsirin şəffaflığı haqqında” adı ilə qeydiyatdan keçirilmiş qanun layihəsi hazırda parlamentin Hüquqi məsələlər komitəsində müzakirə edilir. Buna paralel olaraq hazırda müxtəlif partiyaların və qeyri-hökumət təşkilatlarının nümayəndələri parlament binasının girişinə toplanaraq etiraz aksiyası keçirirlər. Aksiyada “Rusiya qanununa yox”, “Rusiyaya yox, Avropaya hə” kimi şüarlar səsləndirilir. Aksiya ilə əlaqədar parlament binası ətrafına çox sayda polis cəlb edilib, binaya medianın və ziyarətçilərin girişi məhdudlaşdırılıb.

Vətəndaş cəmiyəti fəallarının fikrincə bu qanun ölkədə QHT sektorunda çalışanları damğalamaq məqsədi daşıyır. 

Qeyd edək ki, gün ərzidə əsas etiraz aksiyası axşam saatlarında parlament binasının qarşısında keçiriləcək.

Daha çox göstər
Back to top button