BaşlıcaSiyasət

Ermənistanla Azərbaycan sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb

Ermənistanla Azərbaycan sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.

Bu barədə ER Hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, 2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.

Qeyd edək ki, Tavuş sərhəd kəndlərinin sakinləri Ermənistan-Gürcüstan dövlətlərarası yolunda etiraz aksiyası keçirirlər. Onlar əldə olunan razılaşmalardan narazıdırlar.

Daha çox göstər
Back to top button