BaşlıcaSiyasət

“Ermənistan kiçik addımlarla Azərbaycanla etimad mühiti yaratmağa çalışır”: Vladimir Vardanyan

“Ermənistan kiçik addımlarla Azərbaycanla etimad mühiti yaratmağa çalışır və Tavuş bölməsində sərhədin delimitasiyası bu məntiqə uyğundur”.

Bu barədə jurnalistlərə Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasından olan deputatı, dövlət-hüquq məsələləri üzrə komissiyanın rəhbəri Vladimir Vardanyan məlumat verib.

“Əsl siyasət konsensusa nail olmaq və irəliləməyə davam etmək mümkün olan əraziləri (sərhədləri) tapmağa çalışmaq üzərində qurulub. Nəhayət, kiçik addımlarla qarşılıqlı etimad bəzi epoxal qərarlardan daha vacibdir”.

Bütün qonşularla 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun gələn ən dəqiq, demarkasiya edilmiş sərhədin olmasını təmin etmək üçün hər şey edilməlidir, – deyə o vurğulayıb.

Daha çox göstər
Back to top button