BaşlıcaSiyasət

İstənilən xarici veriliş ölkə və onun xalqına qarşı nifrət yayırsa, Televiziya və Radio Şirkəti tərəfindən sərt cavab alacaq

Ermənistan ərazisində yayımlanan istənilən xarici veriliş ölkə və onun xalqına qarşı nifrət yayırsa, təxribat xarakterli hərəkətlər edirsə, Televiziya və Radio Şirkəti tərəfindən sərt cavab alacaq.

Bunu Ermənistan parlamentində Televiziya və Radio Şirkətinin sədri Tiqran Hakobyan deyib.

Onun sözlərinə görə, istənilən xarici veriliş və ya proqram Ermənistan dövləti və xalqına qarşı nifrət yayırsa, ölkənin daxili problemləri və işlərinə qarışırsa, suverenliyini şübhə altına alırsa, təxribat xarakterli hərəkətlərə əl atırsa, öz adekvat, sərt cavabını alacaq.

“Bu, bizim komitənin fəaliyyətinin əsas prinsipidir”, – Hakobyan vurğulayıb.

Xatırladaq ki, artıq Ermənistanda rusiyalı jurnalist Vladimir Solovyovun proqramlarının yayımı dayandırılıb.

Daha çox göstər
Back to top button