
Mayın 18-də Ermənistan Silahlı Qüvvələrində başlanmış strateji komanda-qərargah hərbi təlimi çərçivəsində planlaşdırılmış tədbirlər davam etdirilib.
Müdafiə Nazirliyindən bildirilib ki, komandirlərin əməliyyatları planlaşdırmaq və idarə etmək bacarıqları sınaqdan keçirilib. Təlimin praktiki mərhələlərindən birini müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan müşahidə edib.
Təlimdə iştirak edən bölmələrin komandirləri əməliyyatların işlənib hazırlanması və həyata keçirilməsi, operativ tapşırıqların yerinə yetirilməsi üzrə taktiki bilik və bacarıqlarını nümayiş etdiriblər. Xatırladırıq ki, strateji komanda-qərargah təlimi mayın 20-də başa çatacaq və nəticələrə yekun vurulacaq.







