
Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) bazarına ixracını 14 dəfə artırdığını, ölkənin ümumi daxili məhsulunun artımının isə 8,5 faizi ötdüyünü açıqlayıb.
Verilən məlumata görə, bu haqda Rusiya Federasiyasının Baş naziri Aİİ-nin 10 illiyi münasibətilə “Rossiya-24” telekanalına verdiyi müsahibəsində deyib.
Mişustin bütün beş üzv dövlətin Avrasiya İqtisadi İttifaqında iştirakdan faydalandığını qeyd edərək, bunun ilk növbədə daxili sərhədlərdə gömrük nəzarətinin olmamasının nəticəsi olduğunu açıqlayıb.
“Güzəştli çıxış sayəsində ümumilikdə qarşılıqlı ticarətin həcmi çoxalıb. Məsələn, Ermənistan İttifaq bazarına ixracını 14 dəfə, Belarus və Qazaxıstan iki dəfədən çox, Qırğızıstan üç dəfə artırıbdır”- deyə Rusiyanın Baş naziri bildirib.
Mişustin həmçinin Aİİ üzvü olan ölkələrin ümumi daxili nəticələrinin artımına toxunaraq, ötən ilin nəticələrinin dünya göstəricilərini üstələdiyini bildirib.
Rusiya hökumətinin başçısı onu da diqqətə çatdırıb ki, üzv dövlətlərin – Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanın ÜDM-in artım templəri belə dərin inteqrasiya formatında iştirak etməyən MDB ölkələrindən yüksəkdir.
“Keçən il Ermənistanın ümumi daxili məhsulunun artımı 8,5%-i ötüb. Sənaye istehsalının həcmi: 4% olub. Yeri gəlmişkən, oxşar vəziyyət Qırğızıstanda da var, burada ÜDM-in dinamikası 2 ildir.







