
Moskva və Bakı Azərbaycanda Rusiya konsulluqlarının açılması məsələsini müzakirə edir, Rusiya Federasiyası bu məsələdə uğur qazanacağına ümid edir.
TASS xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin məlumat verib.
O, qeyd edib ki, iki dövlət arasında münasibətlərin mütərəqqi inkişafı, o cümlədən ticarət-iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanların axtarışı Rusiyanın Azərbaycanda konsulluqlarının açılmasına uyğun olacaq.
“Biz indi azərbaycanlı dostlarımızla bu söhbəti edirik və onun da uğurlu olacağına ümid edirik” – deyə nazir müavini vurğulayıb.
O, Rusiya-Azərbaycan münasibətlərinin indiki mərhələdə əla səviyyədə olduğunu vurğulayıb. “Bu, 2022-ci ilin fevralında imzalanmış bəyannaməyə əsasən, müttəfiqlərin qarşılıqlı fəaliyyəti və strateji tərəfdaşlıq münasibətləridir” – deyə Qaluzin əlavə edib.







