
Ermənistanda ABŞ hərbi bazalarının görünməsi ehtimalı barədə danışmaq hələ tezdir. Bunu TASS-a müsahibəsində Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.
“Hələlik bu barədə danışmaq tezdir”, – o, Yerevanın siyasətindəki dəyişikliklə bağlı respublikada ABŞ hərbi bazalarının yerləşdirilməsini gözləməli olub-olmaması sualına cavab verib.
Qeyd edək ki, Ermənistan-ABŞ strateji dialoq sessiyasının yekun birgə bəyanatında bildirilir ki, tərəflər təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcək və əməkdaşlığın səviyyəsini strateji tərəfdaşlıq səviyyəsinə qaldıracaqlar.







