BaşlıcaSiyasət

Patel Azərbaycanda siyasi məhbuslar məsələsinə toxunub

ABŞ bildirib ki, Azərbaycanla yüksək səviyyəli danışıqlar zamanı siyasi məhbuslar probleminə diqqət yetirməyə davam edəcək.

“Bu, uzun prosesdir və bizdən daim qarşılıqlı əlaqə tələb edir”, – gündəlik brifinq zamanı Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel bu yaxınlarda Bakı ilə yüksək səviyyəli əlaqələrlə bağlı sualının cavabında deyib.

“Mən həm dövlət katibinin, həm də dövlət katibinin köməkçisi O’Brayenin və başqalarının buna diqqət yetirməyə davam edəcəyini gözləyirəm”, – Patel əlavə edib.

Blinken İlham Əliyevlə son telefon danışığında Azərbaycanı insan hüquqları sahəsində öz beynəlxalq öhdəliklərinə əməl etməyə və haqsız yerə saxlanılanların hamısını azad etməyə çağırıb. “O, Azərbaycanı bunu mümkün qədər tez etməyə çağırıb”, – Dövlət Departamentinin 20 iyun tarixli məlumatında deyilirdi.

Daha çox göstər
Back to top button