BaşlıcaSiyasət

ER XİN Ruben Rubinyanla Serdar Kılıç arasındakı görüşün təfərrüatlarını açıqlayıb

İyulun 30-da iki ölkənin Marqara-Əlican sərhəd-keçid məntəqəsində Ermənistan və Türkiyə arasında normallaşma prosesinin xüsusi nümayəndələri, Ermənistan Parlamentinin sədr müavini Ruben Rubinyan və səfir Serdar Kılıç beşinci görüş keçirib. Bu barədə ER XİN məlumat yayıb.

“Onlar əvvəlki görüşlərdə əldə olunan razılaşmaları bir daha təsdiqləyiblər.

Bundan əlavə, Axurik/Akyaka dəmir yolu sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlaması üçün texniki ehtiyacların regional inkişafa uyğun qiymətləndirilməsi, eləcə də diplomatik/rəsmi pasport sahibləri üçün viza prosedurlarının qarşılıqlı asanlaşdırılması barədə razılığa gəliblər.

Sonda iki ölkə arasında tam nizamlanmanın yekun məqsədinə nail olmaq üçün heç bir ilkin şərt qoyulmadan nizamlanma prosesinin davam etdirilməsi ilə bağlı razılığı bir daha vurğulayıblar”, – məlumatda deyilir.

Daha çox göstər
Back to top button