
Belarus ictimaiyyəti Minsk diktatoru Aleksandr Lukaşenkonun Ermənistanla bağlı açıqlamalarından hiddətlənib. Xüsusən də Belarusun keçmiş mədəniyyət naziri Pavel Latuşka özünün “X” mikrobloqunda qeyd edib ki, Lukaşenko Ermənistanı və erməni xalqını ilk dəfə təhqir etmir.
“Əgər Lukaşenko açıq şəkildə üzr istəməsə, mənə elə gəlir ki, Belarusun Ermənistandakı səfirinin bundan başqa heç bir işi yoxdur, buna Ermənistan hakimiyyəti qərar verəcək”, – eks-siyasətçi və ictimai xadim deyir.
Bundan əvvəl Lukaşenkonun bəyanatlarını Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya da pisləyib, onu ermənilərə xəyanətdə ittiham edib və erməni xalqına dəstək ifadə edib.







