İctimaiyyət

Ermənistana gələn turistlərin sayı 6,1 faiz azalıb

Bu ilin birinci yarısında Ermənistana gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz azalıb.

Bu barədə ER maliyyə naziri Vahe Hovhannisyan bildirib.

“Ötən ilin eyni dövrü ilə müqayisədə Ermənistana gələn turistlərin sayı 6,1 faiz azalıb. Buna əsasən Rusiyadan gələn turistlərin sayının 23,6 faiz azalması səbəb olub. Əvəzində bizdə Gürcüstan, İran və Hindistandan gələn turistlərin sayında artım var”, – nazir bildirib.

Vahe Hovhannisyan qeyd edib ki, əvvəlki illə müqayisədə azalma olsa da, göstəricilər 2019-cu illə müqayisədə xeyli yüksəkdir.

Daha çox göstər
Back to top button