
Ermənistan Silahlı qüvvələri Hindistan tərəfindən tədarük edilən altı ədəd ATAGS 155 mm/52 çaplı artilleriya qurğusunun sınaqlarını başa çatdırıb.
Alınan məlumata görə Hindistan Müdafiə Araşdırmaları Qanadının (IDRW) məlumatına görə, artilleriya sistemi ölkənin müxtəlif yerlərində keçirilən bütün əməliyyat sınaqlarından keçib.
Qeyd olunur ki, ATAGS 155 mm/52 artilleriya sisteminin altı partiyası erməni tərəfinin sifarişi ilə erməni dilində proqramlaşdırılıb.
“Bundan əlavə, artilleriya qurğularının Ermənistanın xüsusi tələblərinə Silahlı qüvvələr uyğunlaşdırılması üçün bir sıra digər dəyişikliklər edilib”.
Artilleriya sistemləri ilkin olaraq Hindistanda sınaqdan keçirilsə də, “uzun müddətdir ki, Ermənistanda sınaqdan keçirilməyib” deyən IDRW mənbələri əlavə edib ki, bu sınaqların uğurla başa çatması Ermənistana daha 84 ədəd ATAGS əldə etmək prosesinə başlamağa imkan verib.
Artilleriya qurğuları Hindistanın Kalyani Groups istehsalçısından artilleriya sistemlərinin alınması Ermənistan ordusunun imkanlarını xeyli artıracaq və onun artilleriya qüvvələrinin lazımi artımını təmin edəcək.
Bu müasir silahlar ölkənin sərhədlərinin qorunması və milli təhlükəsizliyin təmin edilməsi üçün dəyərli olacaq” – deyə IDRW mənbəyi bildirib.







