BILD: “Hindistan Türkiyənin BRİKS-ə girişini əngəlləyib”

Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan BRİKS-ə qoşulmaq istəyir və alyansın 16-cı sammitindən öncə üzvlük ərizəsini təqdim edib. Ancaq hələlik o, bu fikri basırmaq məcburiyyətindədir.
Keçmiş Karnegi Fondunun Türkiyə diplomatı və xarici siyasət eksperti Sinan Ülgen BILD-ə bildirib ki, Hindistan Türkiyənin BRİKS-ə qoşulmasına mane olur.
Səbəb isə Ankaranın Hindistanın düşməni Pakistanla yaxşı münasibətdə olmasıdır.
Ülgenin sözlərinə görə, Erdoğan Türkiyənin “strateji muxtariyyətini” gücləndirmək üçün Vladimir Putinlə ittifaqda olmaq istəyir.
Bundan əlavə, o, Avropa Birliyindən məyusdur. Digər səbəb isə “siyasi avtoritet”idir. Erdoğan “eyni anda NATO və BRİKS kürsüsündə otura biləcəyini” göstərmək istəyir.
O, özünü beynəlxalq aləmdə “vasitəçi” hesab edir.
Tənqidçilər deyirlər ki, Erdoğan bu cür vasitələrlə Türkiyəni xarici siyasətdə təcrid vəziyyətinə salıb.







