BaşlıcaSiyasət

“ABŞ-ın geosiyasəti namizədlərin şəxsiyyəti ilə müəyyən edilmir”

Radar Armenia-nın müsahibi beynəlxalq münasibətlər üzrə mütəxəssis Şahan Qantaharyandır.

 Sual: – Noyabrın 5-də ABŞ-ın 47-ci Prezidenti seçiləcək. Son dövrün seçki kampaniyasını və sorğuları nəzərə alaraq, hansı təəssüratınız var? Harris qalib gələcək, yoxsa Tramp?

Cavab: – Proqnoz sorğularının nəticələri onu göstərir ki, qütbləşmiş bir mübarizə gedir və namizədlər az fərqlə bir-birini üstələyir. Bu rəqəmlər nəticənin qeyri-müəyyənliyindən xəbər verir.

Unutmayaq ki, ABŞ seçki sistemi kollektiv qaydalar üzərində qurulub və vətəndaşların səsləri ilə ştatların seçicilərinin təsirini müxtəlif qaydalarla hesablayır.

Sual: – Macarıstanın Baş naziri Viktor Orban Trampın qələbə qazanacağına ümid edir. Trampın seçilməsi halında hansı geosiyasi inkişaflara şahid ola bilərik?

Cavab: -Məncə, ABŞ-ın yürüdüyü geosiyasət namizədlər və ya respublikaçı-demokrat fərqi ilə müəyyən olunmur. Bu, iqtisadi, sosial, vergi, gender bərabərliyi, təhsil və qanunvericilik məsələlərinə təsir göstərə bilər, amma əsas xarici hərbi-siyasi siyasətə yox.

 ABŞ müdafiə sisteminin elan etdiyi strategiyalar 20 illik perspektivləri əhatə edir. Geosiyasət isə milli təhlükəsizlik şurası, administrasiya, müdafiə sistemi və ya güc-qərarverici qurumların birləşmiş sistemi kimi digər mərkəzlərdə və institutlarda müəyyən olunur.

 Ümumi tendensiya isə RF-na  qarşı mövqelərin sərtləşdirilməsi, Yaxın Şərqdə siyasi xəritənin yenidən qurulması və Çinlə zaman-zaman sakit, zaman-zaman kəskin rəqabətlər şəklindədir.

Sual: – Sizcə, Kamala Harrisin seçilməsi halında Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması və sabit təhlükəsizlik təmin olunacaqmı? Sizcə, hansı namizəd Ermənistan üçün daha sərfəlidir?

Cavab: – Harris və ya Tramp – hər iki halda nəzərə alınmalıdır ki, ABŞ Cənubi Qafqazdan Rusiya təsirini çıxarmaq siyasətini davam etdirəcək.

Bu, Ermənistan üzərində təsir göstərəcəkdir. Bu, ABŞ-ın geosiyasi əsas önəmliyidir və Prezidentin şəxsi keyfiyyətləri və ya respublikaçı-demokrat hakimiyyətindən asılı deyil.

Burada nəzərə alaq ki, Tramp Qarabağdan danışarkən rəqibini xristian əhaliyə qarşı etnik təmizləmə siyasətinə görə tənqid etdi, Harris isə Qarabağ xalqının geri qayıtmaq hüququnu vurğuladı.

Belə çıxır ki, ABŞ Qarabağdan ermənilərin çıxarılmasına müdaxilə etmədi, lakin indi Qarabağ xalqının geri dönmək hüququnu dəstəkləyəcəyinə söz verir.

 Bu amildə, Qarabağ xalqının geri qayıtması regionda Rusiyanın təsirinə qarşı beynəlxalq yeni zəmanətlərin yeridilməsindən asılıdır.

Sual:- Sizcə, Ermənistan tərəfi Bakıda keçiriləcək COP29 tədbirinə qatılmalıdirmi? Bu, münasibətlərin tənzimlənməsi prosesinə nə verəcək?

Cavab: – Belə şəraitdə Ermənistan tərəfinin iştirakı o halda əsaslı olar ki, Azərbaycan əsirləri, saxlanılan şəxsləri və hərbi-siyasi rəhbərliyi azad etsin.

Əkstəqdirdə, Azərbaycanı belə bir beynəlxalq konfransa ev sahibliyi etmək siyasətində dəstəkləmiş olacaq və qarşılığında heç nə əldə etməyəcəkdir.

Daha çox göstər
Back to top button