
Noyabrın 18-dən Ermənistana Avropa Sülh Fondundan dəstəyin verilməsinə başlanılacaq.
Armenpress-in məlumatına görə, bunu ER xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Parlamentin daimi komissiyalarının birgə iclasında 2025-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin ilkin müzakirələri zamanı deyib.
“Avropa Sülh Aləti vasitəsilə Ermənistana dəstək göstərmək üzrə işlər noyabrın 18-də başlayacaq”, – Hovhannisyan qeyd edib.
2024-cü ilin iyulunda Aİ ilk dəfə olaraq Ermənistana Avropa Sülh Fondundan 10 milyon avro ayırmağa qərar verib.
Ermənistan Respublikasına dəstək məqsədilə veriləcək yardımın məqsədi Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir.







