
Avropa İnvestisiya Bankı (EIB Global) Sisian-Kacaran yolunun tikintisini maliyyələşdirmək üçün Ermənistanla 236 milyon avroluq kredit sazişi imzalayıb. Bu barədə “Yol Departamenti” Fondundan məlumat verilib.
• Bu yol hissəsi Şimal-Cənub yol dəhlizinin mühüm hissəsidir və Avropa İttifaqı, Yaxın Şərq və Asiya arasında əlaqəni yaxşılaşdıracaq.
• Layihə iqlim dəyişikliyinin təsirlərini azaltmağa, yol təhlükəsizliyini yaxşılaşdırmağa və Ermənistanın iqtisadi dayanıqlığını gücləndirməyə kömək edəcək.







