BaşlıcaSiyasət

Ushakov:   “Nikol Paşinyan dekabrın 25-də Sankt-Peterburqda keçiriləcək Aİİ sammitinə rəhbərlik edəcək”

ER Baş naziri Nikol Paşinyan 25 dekabrda Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Avrasiya İqtisadiyyat İttifaqının (Aİİ) Ali Şurasının iclasına rəhbərlik edəcək.

Bu haqda TASS RF Prezidentinin köməkçisi Yuri Uşakovun bəyanatına istinadən məlumatlandırıb.

“25 dekabrda Sankt-Peterburqda Avrasiya İqtisadiyyat İttifaqının Ali Şurasının iclası keçiriləcək. Ermənistan tərəfinin xahişi ilə görüş Rusiyada təşkil olunur” – deyə Uşakov bildirib.

2024-cü ildə Aİİ-də sədrlik Ermənistana keçdiyi üçün həmin iclas Paşinyanın rəhbərliyi ilə baş tutacaq.

Daha çox göstər
Back to top button