İctimaiyyət

Ölümü haqsız həbsdən üstün tutdu: Azərbaycanlı siyasi məhbus ölüm-dirim astanasındadır

Həbsdə olan ictimai fəal, I qrup əlil Famil Xəlilovnoyabrın 28-də yenidən aclıq aksiyasına başlayıb. 

O hazırda quru aclıq edir, su, dərman qəbulundan da imtina edib. Xəlilov “qanunsuz həbsinə” etiraz edir.

“Turan” informasiya agentliyi bildirir ki, bunu Famil Xəlilovun həyat yoldaşı Kiçikxanım Xəlilova bildirib.

“Famil azadlığa buraxılana və ya ev dustaqlığı rejiminə keçirilənə qədər qida və su qəbul etməycəyini bildirdi.

Famil artıq müstəqil şəkildə yeriyə bilmir.  Onu görüşə əlil arabasında gətirdilər. Çox arıqlayıb, dəri və sümükdən ibarətdir.  Dodaqları qaralıb, gözləri çuxura düşüb. Onun dekabrın 12-nə təyin edilmiş növbəti məhkəmə iclasına qədər yaşaması çətin görünür. Nə edəcəyimizi bilmirik. Famili itirməkdən qorxuruq ,” o qeyd edib.

Daha çox göstər
Back to top button