
Dekabrın 3-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin Suriyanın Ermənistandakı səfiri Nora Arisyanla görüşüb.
Səfirlikdən verilən məlumata görə, söhbət zamanı Rusiya tərəfi terrorçu qrupların işğalından sonra Suriyanın şimal-qərbində vəziyyətin pisləşməsi ilə əlaqədar Suriya rəhbərliyi və xalqı ilə həmrəy olduğunu təsdiqləyib.
Suriyanın birliyi, suverenliyi və ərazi bütövlüyünün müdafiəsində Rusiyanın prinsipial və dəyişməz mövqeyi vurğulanıb.







