
Bu il dekabrın 9-10-da Ermənistanda AŞPA-nın Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin sessiyası, dekabrın 10-12-də isə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının plenar iclası keçiriləcək.
Bu iki tədbirin düzgün təşkili və keçirilməsi zərurətindən çıxış edərək, hökumət bu gün təxminən 35 milyon dram ayırıb.
Qeyd edək ki, AŞPA-nın Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin sessiyasında 60 nəfərə qədər, QDİƏ PA-nın plenar iclasında isə 130 nəfərədək iştirakçı olacaq.







