
Ermənistan və Azərbaycan arasında sülh prosesi ABŞ-ın hazırkı administrasiyası və dövlət katibi üçün həyati prioritet olaraq qalır və Vaşinqton onun səlahiyyət müddətinin son gününə qədər bu istiqamətdə işləməyə davam edəcək.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə aparılan danışıqlara və bu məsələdə Vaşinqtonun göstərdiyi səylərə toxunaraq deyib.
Vedant Patel vurğulayıb ki, ABŞ məyusluqlara diqqət yetirməməyə çalışır və sadəcə olaraq işi davam etdirməyə çalışır.
Onun sözlərinə görə, ABŞ dövlət katibi Entoni Blinken dəfələrlə çətin iş günlərində istənilən nəticənin əldə olunmasının gözlənildiyini qeyd edib.
“Bu məsələ bu administrasiya və Dövlət Katibi üçün həyati diqqət mərkəzində olaraq qalır və biz vəzifəmizin son gününə qədər bu məsələ üzərində işləməyə davam edəcəyik”, – Vedant Patel deyib.







