
Gürcüstan Statistika Xidmətinin dekabrın 19-da dərc olunmuş ilkin məlumatlarına əsasən, 2024-cü ilin yanvar-noyabr aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi 21,113 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz çoxdur. Bu barədə “Civil Georgia” məlumat yayıb.
Türkiyə 2,939 milyard ABŞ dolları həcmində dövriyyə ilə Gürcüstanın ən böyük ticarət tərəfdaşı olub. Sonrakı yerdə 2,269 milyard dollarla Rusiyadır; ABŞ: 1,966 milyard dollar; Çin 1,767 milyard dollar, Almaniya isə 1,204 milyard dollar.
Hesabat dövründə ən çox ixrac edən ölkələrin siyahısı belə olub: Qırğızıstana – 1,166 milyon dollar, Qazaxıstana – 795 milyon dollar, Azərbaycana – 664 milyon dollar, Rusiyaya – 634 milyon dollar və Ermənistana – 564 milyon dollar.







