Başlıcaİctimaiyyət
Baş nazirin sosial şəbəkədəki səhifələrində son 28 gündə 100 milyon baxış qeydə alınıb

ER baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində son 28 gündə onun sosial şəbəkədəki səhifələrinə 100 milyon baxış qeydə alındığını açıqlayıb.
“Meta-nın rəsmi statistikasına görə, mənim Facebook və Instagram səhifələrimdə son 28 gündə 100 milyondan çox baxış qeydə alınıb. Bu ictimai kommunikasiya həcmi mənim üçün görünməmiş bir şeydir, düşünmək və təhlil etmək üçün zəngin material verir”, – Paşinyanın paylaşımında deyilir.







