BaşlıcaBeynəlxalq

Danimarka Qrenlandiya ilə bağlı artan gərginlik fonunda kral gerbini dəyişir

Danimarka kralı Fridrix X ölkənin kral gerbində dəyişiklik edərək, onun üzərində Qrenlandiya və Farer adalarının simvollarını – qütb ayısı və qoçunu daha da aydınlaşdırıb.

1397-1523-cü illər arasında bağlanan Danimarka, Norveç və İsveçin Kalmar İttifaqını simvolizə edən üç tac da gerbdən çıxarılıb. Kralın bəyanatında deyilirdi ki, bu element artıq aktual deyil.

Danimarka kral gerbinə dəyişiklik Qrenlandiya ilə bağlı artan gərginlik fonunda baş verdi.

Bu, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın adaya nəzarətin Birləşmiş Ştatlar üçün mütləq zərurət olduğunu bildirməsindən sonra olub.

Tramp  Pprezident kimi ilk müddətində Qrenlandiyanı almaq niyyətindən də danışıb, lakin rədd edilib. Bu dəfə ölkənin Baş naziri Mute Egede yenə Qrenlandiyanın satılmaması ilə bağlı cavab verib.

Daha çox göstər
Back to top button