Başlıcaİctimaiyyət
Rusiya fevralın 5-dən etibarən qeyri-qanuni miqrantları deportasiya edəcək

Dövlət Dumasının sədri Vyaçeslav Volodin miqrasiya siyasətinin təkmilləşdirilməsinə yönəlmiş iki dəyişiklik barədə bəyanat verib. Aldığımız məlumata görə, o, bu haqda Telegram kanalında yazıb.
Birinci qanuna əsasən, qeyri-qanuni miqrantların deportasiya rejimi tətbiq ediləcək. İkinci qanuna görə, ölkəyə giriş və çıxış qaydalarını pozanlara, eləcə də nəzarət olunan şəxslər reyestrində adı olan miqranta qadağan olunmuş xidmətləri göstərənlərə inzibati məsuliyyət tətbiq olunacaq.
Bundan əlavə, ölkəyə giriş və çıxış qaydalarını pozanlar da inzibati məsuliyyətə cəlb ediləcəklər.







