Başlıcaİctimaiyyət

45 nəfər Azərbaycan vətəndaşı Almaniyadan çıxarılıb

Fevralın 6-da Azərbaycan və Avropa İttifaqı arasında readmissiya haqqında saziş çərçivəsində Almaniyadan 45 nəfər Azərbaycan vətəndaşı readmissiya edilib. Bu barədə fevralın 7-də Azərbaycan Dövlət Miqrasiya Xidməti bildirib.

Dövlət Miqrasiya Xidmətinin yaydığı məlumata görə, həmin şəxslərin sosial-iqtisadi reinteqrasiyası üçün tədbirlər görülür.

2014-cü ildən başlayaraq, readmissiya haqqında sazişin imzalanmasından sonra  Avropa İttifaqında Azərbaycana 2500-ə yaxın adam qayıdıb, Turan bildirir.

Daha çox göstər
Back to top button