
Ermənistanın xarici ticarət dövriyyəsi 2024-cü ildə 41,5% artaraq 30 milyard 159,1 milyon dollar təşkil edib.
Bu barədə Ermənistan Respublikasının Statistika Komitəsi məlumat yayıb.
İxrac 2023-cü illə müqayisədə 53,1% artaraq 13 milyard 92,2 milyon dollar təşkil edib.
2024-cü ildə idxalın həcmi bir il əvvəlki göstəricini 33,8% üstələyərək 17 milyard 66,9 milyon dollara çatıb.
(1 dollar 396 dram təşkil edir).







