BaşlıcaSiyasət

Xİ nazirinin müavininə sual:  “AB-nə üzvlük prosesinə başlamaq qərarı Rusiyaya qarşımı yönəlib?”

Ermənistanın addımları heç bir tərəfdaşa qarşı yönəlməyib. Fevralın 13-də Ermənistan Respublikası Xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərlə söhbətində AB-nə üzvlük prosesinin başlanması haqqında qanunun Rusiyaya qarşı yönəlmiş addım olub-olmaması sualına münasibət bildirərkən belə deyib.

“Biz bütün tərəfdaşlarla, o cümlədən Rusiya ilə dialoqumuzu aparmışıq və davam etdiririk. Şübhəsiz ki, siz bilirsiniz ki, cəmi bir neçə həftə əvvəl XİN rəhbəri Moskvada işgüzar səfərdə olub və orada Rusiyanın xarici işlər naziri Lavrovla kifayət qədər konstruktiv müzakirələr aparıb”.

“Nikol Paşinyanın Rusiyaya səfərinin yaxın vaxtlarda planlaşdırılırmı” sualına xarici işlər nazirinin müavini belə cavab verib:

 “Əgər belə səfərlər nəzərdə tutulursa, sözsüz ki, hökumət tərəfdaşları bu barədə lazımi vaxtda məlumat verəcəklər. Hazırda gündəmimizdə belə bir şey yoxdur”.

Daha çox göstər
Back to top button