BaşlıcaSiyasət

ER Baş naziri rəsmi səfərlə Estoniya Respublikasına gedib

Baş nazir Nikol Paşinyan rəsmi səfərlə Estoniya Respublikasına gedib. Ermənistan Respublikasının Baş naziri Aparatından verilən məlumata görə, səfər çərçivəsində Baş nazir Paşinyan Estoniya Respublikasının Prezidenti Alar Karis ilə görüşəcək.

Nikol Paşinyan Estoniya Respublikasının Baş naziri Kristeen Mihal ilə təkbətək görüş keçirəcək.Daha sonra görüş geniş tərkibdə davam edəcək.

 Görüşün sonunda Nikol Paşinyan və Kristeen Mihal KİV nümayəndələri üçün bəyanatlarla çıxış edəcəklər.

Baş nazir, həmçinin Estoniya Parlamentinin sədri Lauri Husar ilə görüşəcək, “e-Estonia Briefing” mərkəzinə səfər edəcək. Səfər çərçivəsində Estoniyadakı erməni icmasının nümayəndələri ilə də görüş planlaşdırılır.

Daha çox göstər
Back to top button