
“3+3” regional əməkdaşlıq platformasının növbəti görüşləri tərəflər tərəfindən müəyyən olunmuş ardıcıllıqla Yerevanda və Bakıda keçirilməlidir.
Bu barədə 168.am saytına Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin bildirib.
“Sözügedən platforma çərçivəsində əməkdaşlıq Rusiya, Ermənistan və İran formatında əlaqələrin qurulması ilə möhkəmləndirilə bilər – bu, iqtisadi və nəqliyyatla bağlı perspektivli layihələrin, xarici siyasətin əlaqələndirilməsi məsələlərinin, eləcə də mədəni-humanitar mövzuların müzakirəsi üçün nəzərdə tutulur.
Bu müzakirələr ikitərəfli razılaşmaları və artıq mövcud olan regional formatlar çərçivəsində aparılan işi əvəz etməyəcək, əksinə onları tamamlayacaq” – deyə səfir qeyd edib.







