
Martın 15-i gecə yarısından sonra Ermənistan AES-in fəaliyyəti planlı texniki xidmət üçün dayandırılacaq, bu barədə AES-in birinci müavini Movses Vardanyan bildirib.
O, qeyd edib ki, bu dəfə planlı texniki xidmət müəyyən olunmuş vaxtdan daha uzun çəkəcək.
“İşlər 60 gün davam edəcək, çünki mövcud proseslər stansiyanın avtomatlaşdırılması və təhlükəsizlik sistemlərinin bir qisminin dəyişdirilməsi ilə tamamlanacaq” – deyə Movses Vardanyan bildirib.
Müavin bu barədə Rusiya səfiri Sergey Kopırkinin AES-ə etdiyi səfər zamanı jurnalistlərə məlumat verib.







