BaşlıcaBeynəlxalq

Makron Ermənistanın ərazi bütövlüyü və suverenliyinə tam dəstəyini ifadə edib

Fransa Prezidenti Emmanuel Makron Ermənistanın ərazi bütövlüyü və suverenliyini tam dəstəklədiyini ifadə edərək, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının Cənubi Qafqazda sabitlik üçün vacib olduğunu bəyan edib.

Aldığımız məlumata görə, bunu Fransa Prezidenti Ermənistanın Baş naziri ilə görüşdən sonra özünün X mikrobloqunda yazıb.

Emmanuel Makron yazıb:  “Albaniyada Baş nazir Nikol Paşinyanla Avropa Siyasi Birliyinin Zirvə toplantısı çərçivəsində Azərbaycanla ən qısa müddətdə sülh müqaviləsinin imzalanmasına dəstəyimi bir daha təsdiqlədim”.

Fransa Prezidenti vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması regionda sabitlik üçün vacibdir.

 “Ermənistana, onun ərazi bütövlüyünə və suverenliyinə tam dəstək. Görüşümüz zamanı daha bir çox vacib məsələni müzakirə etdik:

“Biz iyun ayında Nitsada keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Okean Konfransına, eləcə də Bioloji Müxtəliflik üzrə Konvensiyaya Tərəflərin Konfransına (COP17) hazırlıq istiqamətində yaxından işləyirik”- deyə o, yazısında qeyd edib.

Daha çox göstər
Back to top button