
Fransanın Xarici işlər naziri Jan-Noel Barrot mayın 26-da Ermənistana rəsmi səfər edəcək.
Xarici işlər nazirliyi xəbər verir ki, həmin gün Ermənistan XİN-də Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan və Jan-Noel Barrot arasında görüş, daha sonra nazirlərin birgə mətbuat konfransı keçiriləcək.
Fransa Xarici işlər naziri həmçinin “Yerevan dialoqu” tədbiri çərçivəsində Ermənistan Xarici işlər naziri ilə panel müzakirəsində iştirak edəcək.







