BaşlıcaSiyasət

Azərbaycan SQ bölmələri Syunik rayonunun Xoznavar qəsəbəsinə yenidən atəş açıb

Mayın 30-da saat 00:10-dan 01:00-dək Azərbaycan silahlı qüvvələrinin bölmələri Syunik rayonunun Xoznavar qəsəbəsi istiqamətində atəş açıb, yaşayış evinin hamam otağına ziyan dəyib, 1 xırdabuynuzlu heyvana güllə dəyib. Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Biz Azərbaycan tərəfini Xoznavarda yaşayış evinin atəşə tutulması faktını araşdırmağa və ictimai şəkildə izahat verməyə çağırırıq”, – deyə məlumatda bildirilir.

Mayın 29-da Azərbaycan qüvvələri də Xoznavar qəsəbəsini atəşə tutub, yaşayış binasına ziyan dəyib. Bundan sonra Ermənistanın müdafiə naziri Suren Papikyan parlamentdə jurnalistlərə bildirib ki, Azərbaycan Xoznavarı atəşə tutduğunu etiraf etməkdən imtina edib.

“Biz Azərbaycandan izahat istədik, lakin onlar bunu inkar etdilər”, – Papikyan bildirib.

Daha çox göstər
Back to top button